Azərbaycan - Aİ dialoqu keçirilib
Bakı/04.11.18/Turan: Bakıda Azərbaycan və Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib.
Xarici İşlər Nazirliyinin noyabrın 3-də yaydığı məlumata görə, dialoq çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər məsələlər müzakirə edilib.
Terrorizm, separatçılıa qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarımüzakirələr zamanı diqqət mərkəzində olub.
Müzakirələr zamanı bildirilib ki, hazırda danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq.
Tərəflərin ilk dəfə keçirilən dialoqu münasibətlərində yeni məqam kimi dəyərləndirdiyi, dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəldikləri bildirilir.
Müzakirələrdə Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edir.
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa İttifaqı və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.
2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb.-0-
-
- Cəmiyyət
- 4 Noyabr 2018 09:16
Siyasət
-
Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan şəhərində, yaşadığı evdə həbs edilib.
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Rəy yaz