Azərbaycan, Ermənistan XİN rəhbərlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı
Vyana/22.04.20/Turan: Azərbaycan və Ermənistanın XİN rəhbərləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 21-də keçirilmiş birgə videokonfransın yekunları ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda deyilir ki, məsləhətləşmələr zamanı iştirakçılar Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti addımları nəzərdən keçiriblər.
“Etiraf edilib ki, COVİD-19 pandemiyası nəticəsində yaranmış fövqəladə vəziyyətə görə əvvəllər razılaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Nazirlər səviyyəsində şəxsi görüşlər və həmsədrlərin Cenevrədə razılaşdırılmış regiona səfərləri də təxirə salınıb. Buna baxmayaraq, həmin tədbirlərin hazırlanması üzrə lazımi işlər davam etdirilir.
Həmsədrlər atəşkəsə ciddi əməl olunmasının, hazırkı şəraitdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıblar və tərəfləri gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırıblar.
Onlar həmçinin hazırkı şəraitdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən işinə görə minnətdarlıqlarını bildiriblər və monitorinqin tezliklə bərpa edilməsinin zəruriliyini vurğulayıblar", - bəyanatda bildirilir.
XİN rəhbərləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri sıx əlaqə saxlamaq və şəxsən danışıqları mümkün qədər tez bir zamanda davam etdirmək barədə razılığa gəliblər.-02D-
-
- İqtisadiyyat
- 22 Aprel 2020 10:22
-
- Enerji
- 22 Aprel 2020 11:52
Siyasət
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
-
Yanvarın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko və Avropa İttifaqı ölkələrinin səfirləri faciəvi hadisələrin 35-ci ildönümündə "Qara yanvar" qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.
-
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp öz komandasına yanvarın 20-də keçiriləcək inaqurasiyasından sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb. Bu barədə CNN məsələ ilə tanış mənbələrə istinadən xəbər verib.
-
O dəhşətli gecədən 35 il keçdi, 19 yanvar - 20 Yanvar 1990-cı ildə sovet rəhbərliyinin əmrlərinə əməl edərək 35.000 nəfərlik ordu korpusu zorla Bakıya girdi. Bu təcavüzkar hərəkət mülki əhali arasında çoxsaylı itkilərə səbəb oldu və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə faciəli bir fəsil oldu. Sovet ordusunun Bakıya işğalı artan milli azadlıq hərəkatını yatırmaq, xüsusən də 1990-cı ilin martına təyin olunmuş qarşıdan gələn parlament seçkilərini pozmaq məqsədi ilə təşkil edildi.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:50
- 269
Rəy yaz