Azərbaycan neft hasilatının azadılmasını dəstəkləyib
Bakı/02.07.19/Turan: İyulun 1-də Vyanada "OPEC plus" Nazirlərinin Monitorinq Komitəsinin 15-ci iclasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azadılması müddətinin uzadılması barədə təklifi dəstəkləyib.
Tədbirdə mövcud kvotaları dəyişmədən neft hasilatının azaldılmasına dair "Əməkdaşlıq bəyannaməsi"nin müddətinin daha 9 ay uzadılması təklif edilib. Bu təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah qərarın qəbulu gözlənilir.
P.Şahbazov öz çıxışında qeyd edib ki, hasilatın azaldılması üzrə öhdəliklərin yerinə yetirilməsi nəticəsində neftin qiymətinin kəskin enməsinin qarşısı alınıb. Lakin may ayının sonlarından başlayaraq qiymətin enmə tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barel artması ilə bağlı proqnozlara rəğmən, bazarda həddindən artıq neft ehtiyatı var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Növbəti illərdə də qlobal neft tələbatının təklifi üstələyəcəyi gözlənilir. Ona görə də neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var, nazir deyib.
Xatırladaq ki, 2016-cı ililn fevralında OPEK neft hasilatını sutkada 280 min barelədək azaldıb. Bundan öncə Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela yanvarın 11-dən neftin hasilatının göstəriciyə uyğun olaraq dondurulmasına qərar vermişdilər.-0-
-
- Siyasət
- 2 İyul 2019 12:37
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz