Qəbələ rayonunda yol tikintisinə 12 milyon manat ayrılıb
Bakı/02.07.19/Turan: Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun tikintisinə 12,7 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir ki, bu yol 10 min nəfər əhalisi olan 11 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait 2019-cu il üçün dövlət büdcəsindən ayrılıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.0-
-
- Siyasət
- 2 İyul 2019 12:34
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz