Azərbaycan-Rusiya sərhəddində yeni körpü açılıb
Bakı/24.12.19/Turan: Çərşənbə axşamı Azərbaycan-Rusiya sərhəddində Samur çayı üzərində yeni avtomobil körpüsünün istifadəyə verilməsi mərasimi keçirilib.
Mərasimdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, RF iqtisadi inkişaf naziri Maksim Oreşkin və Dağıstan başçısı Vladimir Vasilyev iştirak ediblər.
Ş.Musafayev qeyd edib ki, yeni körpünün istifadəyə verilməsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və əmtəə dövriyyəsinin artmasına kömək edəcək. Körpü həmçinin Şimal-Cənub layihəsinin vacib hissəsidir.
Eyni layihədəki mühüm bir əlaqə
Yeni Bakı-Rusiya sərhəddi yolu həmin layihənin mühüm halqası olacaq. Onun tikintisi yaxın vaxtlarda başa çatacaq.
Ş.Mustafayevin sözlərinə görə, bu ilin 11 ayında Şimal-Cənub marşrutu ilə yük axını 60%, Şərq-Qərb marşrutu ilə 53% artıb.
Öz növbəsində M.Oreşkin qeyd edib ki, bu il Azərbaycanla əmtəə dövriyyəsinin artım tempi 25% təşkil edib. “Heç bir ölkə ilə belə bir artım tempi yoxdur”, - o deyiib.
Yeni körpünün uzunluğu 325,3 m., eni 17,3 m.-dir. Azərbaycan ərazisində tikintinin dəyəri 36,5 mln. manatdır (21,5 mln dollar) -06D-
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz