
Bakı/24.08.18/Turan: Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov avqustun 23-də Minskdə bu ölkənin müdafiə naziri Andrey Ravkov ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib. Söhbət zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.
Sadıqov Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə də görüşündə isə hərbi-texniki sahədə əməkdaşlığın vəziyyətini müzakirə edib.
Daha sonra N.Sadıqov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək oranın rəhbərliyi ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Baş Qərargah rəisi Azərbaycan Ordusunun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb.-03D-
Rəy yaz