Azərbaycan XİN: Ermənilər yadda saxlamalıdır ki, işğal müvəqqətidir
Bakı/22.04.20/Turan: Aprelin 21-də RF XİN rəhbəri Serqey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi bəyanat ATƏT-in Minsk Qrupunun bütün həmsədrləri tərəfindən təsdiqlənir. Bu mövqe onların özləri tərəfindən münaqişənin tənzimlənməsi prosesinin bütün mərhələlərində və bütün səviyyələrində dəfələrlə və ardıcıl olaraq səsləndirilib. Bu barədə Azərbaycan XİN mətbuat katibi Leyla Əliyeva belə variantın olmaması barədə Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın fikri ilə bağlı bildirib.
“Yadda saxlamaq lazımdır ki, işğal müvəqqətidir. Ermənistan bunu nə qədər tez dərk edərsə və öz-özünü, xalqını aldatmağa, həmçinin beynəlxalq ictimaiyyəti yanıltmaq səylərinə son verərsə, qan tökülməsinin və onsuz da heç də yaxşı olmayan vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması üçün bir o qədər çox şansı olar”, - L.Abdullayeva qeyd edib. 02D-
-
- Siyasət
- 22 Aprel 2020 19:58
Siyasət
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
Tolum TV nəşrinin işi üzrə təqsirləndirilən şəxslər (jurnalistlər və fəallar) barəsində ibtidai istintaq başa çatmaq üzrədir. Bu barədə Rəsul Cəfərov - Demokratik Təşəbbüslər İnstitutunun Ruslan İzzətlinin vəkili bildirib.
Rəy yaz