Jurnalist və fəal Elçin Həsənzadə həbs təhlükəsinin olduğunu bildirib
Bakı/22.04.20/Turan: Jurnalist və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elçin Həsənov özünə qarşı həbs təhlükəsi olduğunu bildirib.
“Bu gün Xəzər Rayon Polis İdarəsinin əməliyyatçısı mənə zəng vurdu və təkidlə bildirdi ki, polisə gəlmək lazımdır. Zəngin səbəbləri barədə soruşdum. Müxtəlif bəhanələr uydurmağa başladı. Dedim ki, polisə çağırış barədə bildiriş göndərsinlər. Sonradan mənə JEK-dən zəng etdilər və təcili olaraq bu kontora çağırdılar”, - E.Həsənzadə Facebook səhifəsində yazıb. O zəng edən şəxsin telefon nömrəsini də qeyd edib.
E.Həsənzadə son günlər müxalifət fəallarının kütləvi həbslərini nəzərə alaraq özünün həbs olunacağından ehtiyat edir.
Hələlik DİN-dən şərh almaq mümkün olmayıb.
Son günlər 10-a yaxın AXCP fəalı karantin rejimini pozduğuna və polisə tabe olmamağa görə inzibati qaydada həbs edilib.
E.Həsənzadə bundan öncə də ictimai, hüquq-müdafiə və jurnalist fəaliyyətinə görə təqib edilib və islah işlərinə məhkum edilib.
E.Həsənzadə “Yüksəliş Naminə” saytının əməkdaşı və Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT rəhbərinin müavinidir.06В-
-
- Siyasət
- 22 Aprel 2020 19:38
-
- Keçmiş Sovet məkanı
- 22 Aprel 2020 20:01
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Rəy yaz