
Leyla Abdullayeva. Açiq mənbələrdən foto.
Azərbaycan YUNESKO və Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını qəbul etməyə hazırdır
Bakı/22.06.21/Turan: Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının və YUNESKO-nun missiyasını qəbul etməyə hazırdır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
Bundan öncə ölkə prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının baş katibi Quterişə müvafiq məktub göndərib.
Həmçinin prezident Əliyevin YUNESKO-nun baş direktoru Odre Azule ilə telefon danışığı olub.
Son aylar Azərbaycanla YUNESKO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib. İyunun 21-də keçirilən son görüşdə Azərbaycan tərəfi YUNESCO missiyasını qəbul etməyə hazır olduğunu bildirib.
"Əsasən işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə YUNESKO missiyasının səfərilə bağlı müzakirələr aparılıb", - Leyla Abdullayeva bildirib.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə məsələlər müzakirə olunub və Azərbaycan ərazilərində bu qurumun missiyasının həyata keçirilməsinə dair razılıq əldə edilib.
"Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını da qəbul etməyə hazırdır", - Leyla Abdullayeva deyib. -02D-
Rəy yaz