Azərbaycanda parlament seçkiləri keçirilir
Bakı/09.02.20/Turan: Bazar günü Azərbaycanda parlament seçkiləri keçirilir. Ölkə vətəndaşları Milli Məclisə 125 deputat seçirlər.
Saat 8.00-da 5573 seçki məntəqəsi açılıb, 5 milyon 329 min 460 seçici burada səs verə biləcək.
Parlamentdəki 125 yer uğrunda 1314 namizəd mübarizə aparır, onlardan 79 faizi kişilər, 21 faizi qadınlardır. Bu barədə ötən gün MSK rəhbəri Məzahir Pənahov mətbuat konfransında bildirib.
Ümumilikdə seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Onlardan 1637 namizəd qeydə alınıb. Ancaq sonradan 321 nəfər namizədliyini geri götürüb. Daha iki namizədin ikili vətəndaşlığı müəyyən olunduğu üçün qeydiyyatı MSK tərəfindən ləğv edilib. Beləliklə, namizədlərin sayı 1314-ə enib.
Onların arasında 19 siyasi partiyanın nümayəndələri var.
Namizədlərin əksəriyyəti Yeni Azərbaycan Partiyasını təmsil edir -123 namizəd.
Müxalifət qüvvələri arasında Müsavat Partiyasının ən çox namizədi var - 64 (həm partiya namizədləri, həm də özü namizədliyini irəli sürənlər olmaqla).
Respublikaçı Alternativ Partiyası (dövlət qeydiyyatı yoxdur) və bir qrup müstəqil namizəd tərəfindən yaradılan Real Cümhuriyyətçilər İttifaqının 30 namizədi var. “Nida” və “D18” hərəkatları və bir qrup müstəqil fəal tərəfindən yaradılan “Hərəkat” blokunun qeydə alınmış 16 namizədi var.
Parlament seçkilərini müşahidə etmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditə edilib.
1000 məntəqədə veb-kameralar quraşdırılıb.
Seçkilərdə kvorum yoxdur. Ən çox səs toplayan namizəd qalibdir. Səsvermə saat 19.00-da başa çatacaq.
Səsvermənin nəticələri barədə ilkin məlumatlar fevralın 9-da axşam “Seçkilər” informasiya sistemi vasitəsilə məlum olacaq. –06D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz