Müstəqil namizədlər pozuntular barədə məlumat verir
Bakı/09.02.20/Turan: 76-cı Lənkəran-Astara dairəsində 30 nömrəli məntəqədə məşvərətçi səslə məntəqə seçki komissiyasının üzvü və deputatlığa namizəd Xalid Bağırovu təmsil edən müşahidəçi döyülərək qovulub. Bu barədə Turan-a o özü məlumat verib.
Bu şəxslərə təzyiq məntəqə seçki komissiyası rəhbərinin göstərişi ilə həyata keçirilib. Lakin 76-cı dairə dairə seçki komissiyasının sədri Məzahir Əliyev bu məlumatı təkzib edərək "yalan və böhtan" adlandırıb.
29-cu Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin əvvəlcədən qeydiyyatdan keçməli olduğunu bildirərək 6-cı məntəqəyə buraxmayıblar. Ancaq Hacıyevə görə, Seçki Məcəlləsində belə müddəa yoxdur. Dairə seçki komissiyasında bildiriblər ki, məhdudiyyət Prezident İlham Əliyevin məntəqələrə gözlənilən gəlişi ilə əlaqədar tətbiq olunub. Sonradan Hacıyevi məntəqəyə buraxıblar.
Hövsanda 30-cu Suraxanı birinci dairəsinin seçki məntəqələrində işıqlar sönüb. Bu barədə deputatlığa namizəd, hüquqşünas Ziya Quliyev məlumat verib. Dairə komissiyasında elektrik enerjisinin kəsilməsi faktı etiraf edilib. Lakin bunun səsvermə prosesini pozmadığını və enerji təchizatı artıq bərpa olunduğunu bildiriblər.
Deputatlığa namizəd Yusif Ağayev Turan-a bildirib ki, Füzuli dairəsindəki 84-cü seçki məntəqələrində məhdud yer bəhanəsi ilə müşahidəçilər buraxılmır. Video çəkiliş isə qadağandır.
29-cu seçki məntəqəsində müşahidəçiləri səsvermə yerinə buraxılmayıb və bir müşahidəçi polis məntəqəsinə aparılıb.
Seçki məntəqələrində qutularının, demək olar ki, hamısının çox geniş boşluğu var və oraya dəstlərlə bülleten ata bilərsiniz. 2 və 4-cü məntəqələrdə sərhədçilər, 36-cı məntəqədə müəllimlər "karuseldə" iştirak edir. Daşınan seçki qutularının göndərildiyi xəstə seçicilərin sayı haqqında ümumi məlumat verilmir. Ağayevin sözlərinə görə, yalnız bir ünvanda 80 nəfər belə "xəstə" olub. -06B-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz