
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb, müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Sənəddə deyilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, praktikada bu, ancaq bir şey deməkdir – quru sərhədlərin bağlanması. Digər məhdudiyyətlər çoxdan qaldırılıb, koronavirus pandemiyası isə 2022-ci ilin ortalarında sona çatıb.
Dövlət başçısı İlham Əliyev çıxışlarının birində bildirib ki, quru sərhədləri "təhlükəsizlik məqsədilə" bağlıdır.
Beləliklə, ölkənin quru sərhədləri 2020-ci ilin martından bağlıdır ki, bu da ölkə vətəndaşlarının qəzəbinə və narazılığına səbəb olur, çünki qonşu ölkələrə-Gürcüstan, Rusiya, İran və Türkiyəyə səfərlər ciddi şəkildə çətinləşib.
1 rəy
Ruslan
2024-06-24
Идиотизм ... 2030 год карантин в Азербайджане продолжается что тут сказать Allah agil versin...