
Bakı/12.03.20/Turan: Cümə axşamı prezidemt İlham Əliyev Azər Xudiyevin Azərbaycanın Ukraynadakı səfiri və ölkənin GUAM-da daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Digər sərəncamla Elmira Axundova Azərbaycanın Ukraynada səfiri təyin edilib. O 3, 4, 5-ci çağırış parlamentin deputatı olub.
Prezidentin digər sərəncamı ilə Adış Məmmədov Azərbaycanın Çexiyada səfiri təyin edilib.
2013-2018-ci illərdə o, Azərbaycanın İsveçdə, eyni zamanda Norveç və Finlandiyada səfiri olub.
Prezident həmçinin Gürsel İsmayılzadənin Azərbaycanın Yaponiyadakı diplomatik nümayəndəliyinin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. —06D-
Rəy yaz