
Kairat Osmonaliev
Bakı/21.12.21/Turan: Qırğızıstan prezidenti Sadır Japarov 2022-ci ilin yazında Azərbaycana gələcək.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bugünkü mətbuat konfransında bildirib ki, Japarovun səfəri aprel-may aylarına planlaşdırılır.
Səfirin sözlərinə görə, səfər zamanı strateji tərəfdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur.
Osmonaliyevin fikrincə, 2022-ci il Bakı-Bişkək münasibətlərində yüksəliş ili olacaq.—06d-
Rəy yaz