Daha bir müxalifət partiyası prezident seçkilərində iştirakdan imtina edib
Daha bir müxalifət partiyası prezident seçkilərində iştirakdan imtina edib
Bakı/25.12.23/Turan: Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.
Bu qərar dekabrın 17-də partiya Ali Məclisinin sessiyasında qəbul edilib, şənbə günü isə partiyanın V növbədənkənar qurultayında təsdiq edilib.
Bütün səviyyələrdə seçki komissiyalarının hakim qüvvənin nəzarəti altında olduğu və ölkədə azadlıqların məhdudlaşdırıldığı bir şəraitdə seçkilərdə iştirak bütün mənasını itirir, - partiya sədri Mirmahmud Mirəlioğlu Turan-a bildirib.
Xatırladaq ki, dekabrın 15-də müxalifətyönlü Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib.
Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.- 06B-
-
- Maliyyə
- 25 Dekabr 2023 10:39
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz