![Deputat, yəhudi diasporunun nümayəndəsi Yevda Abramov vəfat edib](https://turan.az/resized/media/2019/main/120700023558-750-500-resize.webp)
Deputat, yəhudi diasporunun nümayəndəsi Yevda Abramov vəfat edib
Bakı/07.12.19/Turan: Milli Məclisin deputatı, İnsan hüquqları daimi komissiyası sədrinin müavini Yevda Abramov ağır xəstəlikdən sonra dekabrın 6-da 72 yaşında vəfat edib. Bir neçə gün öncə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.
Y.Abramov, Quba rayonu, Krasnaya Sloboda kəndindən olan dağ yəhudilərinin nümayəndəsi idi. Peşəsi tarix müəllimi idi, vaxtilə Krasnaya Sloboda bələdiyyəsinə rəhbərlik edib. 2005-ci ildən Azərbaycan parlamentinin deputatı idi.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz