DTX: Terrorçulara maliyyə daşıyan azərbaycanlılar həbs edilib
Bakı/23.11.18/Turan: Suriyada BMT-nin terror təşkilatı saydığı bilrliklərin tərkibində terror aktları törədən şəxslərin maliyyə mənbələrinin aşkar edildiyi bildirilir. Bu haqda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında yazılır.
DTX-nın açıqlamasına görə, bu qurumda Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə cinayət işi başlanılıb və istintaq-əməliyyat tədbirləri aparılır.
Həmin cinayət işi çərçivəsində Azərbaycan vətəndaşları İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun məsuliyyətə cəlb edildiyi, barələrində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Məlumatda iddia olunur ki, adları çəkilən şəxslər və digərləri 2017-ci ilin oktyabr ayından ayrı-ayrı ölkələrdəki terror təşkilatlarından, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınlarından aldıqları pul vəsaitlərini müntəzəm olaraq Suriyaya göndərilməsini və çatdırılmasını təmin ediblər.
Əldə edilən və Suriyaya göndərilən vəsaitlərin məbləğinin ümumilikdə 500 000 dollardan çox olduğu bildirilir.
Açıqlamada cinayət işi üzrə araşdırmaların davam etdiyi qeyd edilir.-0-
-
- Cəmiyyət
- 22 Noyabr 2018 22:26
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz