�Dirçəliş günü� məhbuslarının qərarı qüvvədə saxlandı
Bakı/22.11.18/Turan: Noyabrın 22-də axşam, iş gününün sonunda Bakı Apelyasiya Məhkəməsində AXCP üzvləri Ruslan Əmirov, Cavid İbrahimov və Ağababa Cəfərovun haqqında 20 günlük inzibati həbs qərarından verilmiş şikayətlərə baxılıb.
Apelyasiya Məhkəməsində R.Əmirovun şikayətinə hakim Əflatun Qasımov, C.İbrahimovun şikayətinə İlqar Murquzov, A.Cəfərovun şikayətinə isə Rizvan Səfərov baxıb.
AXCP üzvləri qərarın əsassız olduğunu deyib, ləğvini istəyiblər. Onlar Şəhidlər xiyabanını ziyarət etməyin qanunla qadağan edilmədiyini, bu səbəblərdən hərəkətlərində hər hansı qanunsuzluğun olmadığını deyiblər.
Apelyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinni qərarını qüvvədə saxladığından, AXCP üzvləri Avropa Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.
Xatırladaq ki, 17 noyabr -Milli Dirçəliş günü münasibətilə Milli Şura və AXCP rəhbərliyi və üzvləri Şəhid Xiyabanında şəhidləri anım mərasimi keçirmək istəyiblər, amma polis müdaxiləsi nəticəsində mərzism baş tutmayıb. Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli olmaqla 50-dən çox adam saxlanılaraq Səbayel Rayon Polis İdarəsinə gətrilirb. Onlardan C.Həsənli və 41 nəfər sərbəst buraxılıb. Ə.Kərimli və daha 11 nəfər isə Səbayel rayon məhkəməsinə çıxaırlıb. Ə.Kərimli 2500 manat, qalan 11 nəfərdən 8 nəfəri 400-500 manat cərimə olunmala sərbəst buraxılblar. 3 nəfər isə 20 sutka inzibati cəza verilib.-0-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz