Əhsən Nuruzadə
Əhsən Nuruzadə 2 ay müddətinə inzibati həbsə məhkum edilib (yenilənib)
Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmənin hökmü ilə Əhsən Nuruzadə 2 ay müddətinə inzibati həbs edilib. Eyni zamanda həbsdə qalma müddəti nəzərə alınaraq, iki gün azaldılıb.
Məhkəmənin qərarına görə, həbs müddəti başa çatdıqdan sonra Nuruzadə narkomaniyadan məcburi müalicəyə göndərilməlidir.
Məhkəmə onun həyat yoldaşının ölümündən sonra himayəsində iki övladı olduğunu, və ürəyinin ağır xəstə olduğunu nəzərə almayıb.
Vəkilin sözlərinə görə, Nuruzadə narkotik vasitələrdən istifadə ittihamını qəti şəkildə rədd edib və ekspertizası rəyinin saxta olmasını deyib.
Vəkil bildirib ki, apellyasiya məhkəməsi qərarı ləğv etməsə, aclıq aksiyası keçirəcək.
* * *
Dini fəal narkotik maddədən istifadə etməkdə ittiham olunur
"Müsəlman Birliyi" Hərəkatının fəalı Əhsən Nuruzadə oktyabrın 29-da günün ikinci yarısında Bakının Nərimanov Rayon Məhkəməsinə aparılıb, bu barədə onun vəkili Fəxrəddin Mehdiyev bildirib.
O, İnzibati Xətalar Məhkəməsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu maddədə 300 manatdan 400 manata qədər (180-240 dollar) cərimə və ya iki ayadək müddətə həbs nəzərdə tutulur, deyə vəkil qeyd edib.
Nuruzadə hələ oktyabrın 26-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Lakin polis orqanları onun saxlanıldığını rəsmi olaraq oktyabrın 28-də təsdiq edib.
Bu gün Nuruzadə narkoloji ekspertizaya aparılıb.
DİN-dən şərh almaq mümkün olmayıb.
* 2017-ci ildə Nuruzadə iki dəfə inzibati qaydada həbs olunub, elə həmin ilin oktyabrında isə ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb və o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.
-
- Cəmiyyət
- 29 Oktyabr 2024 19:19
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz