Əli Kərimlinin WhatsApp və Telegram hesabları ələ keçirilib - AXCP
Bakı/21.04.20/Turan: Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin informasiya blokadası səkkizinci gündür davam edir. Dünən o, növbəti təxribatla üzləşib, onun WhatsApp və Telegram-dakı hesabları ələ keçirilib, bu barədə AXCP-nin bəyanatında deyilir.
AXCP-də bunun Azercell mobil rabitə operatorunun iştirakı olmadan baş verə bilməyəcəyindən əmindirlər. "Hesablara giriş kodları başqa necə hakerlərin əlinə düşə bilərdi?", deyə bəyanatda bildirilir.
Bununla yanaşı, AXCP fəallarının Facebook-dakı hesablarına haker hücumları davam edir. AXCP-də bütün bunların arxasında ölkə hakimiyyətinin durduğundan əmindirlər.
Azercell şirkəti bir müddət əvvəl Kərimlinin İnternet və mobil rabitədən istifadə imkanından məhrum edilməsində əli olduğunu təkzib etmidi. Ölkə hakimiyyəti hələlik öz ünvanına səslənən ittihamlara reaksiya vermi.
Vəziyyəti Turan agentliyinə şərh edən media sahəsində ekspert Ələsgər Məmmədli qeyd edib ki, İnternetdə ən çox qorunan məxfi məlumatlar belə sındırıla bilər. Bu zaman mobil telefonlara bağlı olan WhatsApp, Telegram, Signal kimi messencerlər elektron poçtdan daha zəifdir.
Amma Azərbaycanda mobil operatorların infrastrukturuna Xüsusi Dövlət Mühafizəsi Xidmətinin (təzəlikcə formalaşıb) avadanlığı quraşdırılıb. -06D-
-
- Maliyyə
- 21 Aprel 2020 13:25
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz