Hakimiyyət feministlərə mənfi cavab verib, amma onlar cavabla razı deyillər
Bakı/05.03.20/Turan: Bakı Şəhər İcra Hakimiyyəti martın 8-də "8 Marş - Bizimdir Hürr Küçələr" şüarı ilə yürüş keçirməyi planlaşdıran ictimai Feminist Hərəkatına mənfi cavab verib. Təşkilat şəhər administrasiyasına martın 8-də saat 15:00-da Bakının Mərkəzində - Fəvvarələr Meydanında və Nizami küçəsində yürüş keçirəcəyi barədə məlumat verib.
Amma hakimiyyət bu ərazinin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğu, həmçinin burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyi üçün ictimai təhlükəsizlik baxımından burada kütləvi tədbir keçirilməsinin məqsədəuyğun olmadığını hesab edib. Şəhər hakimiyyəti aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib.
"Bizi Lökbatana göndərdilər, lakin biz ora getməyəcəyik. Bizim aksiya İcra Hakimiyyətinin cavabından asılı deyil və planlaşdırdığımız kimi baş tutacaq", deyə hərəkatın bəyanatında bildirilir. -16D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz