
Bakı/05.03.20/Turan: İrandan gələn daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 5-də yaydığı məlumatda deyilir.
Bu şəxslər 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı və Qum şəhərində təhsil alan 1994 və 1999-cu il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır.
Hər üç şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti qənaətbəxşdir, onların müalicəsi üçün zəruri tədbirlər görülür, deyə məlumatda bildirilir.
Beləliklə, Azərbaycanda koronavirus xəstələrinin ümumi sayı 6 nəfərə çatıb. Onlardan dördü Azərbaycan vətəndaşı, biri Rusiya, biri isə Almaniya vətəndaşıdır. Onlar hamısı İranda xəstəliyə yoluxub. -02D-
Rəy yaz