
İranla sərhəddin bağlanması daha iki həftə uzadılıb
Bakı/12.03.20/Turan: ÜST-nin koronavirus infeksiyasını (COVİD-19) qlobal pandemiya elan etməsini nəzərə alaraq və Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə ölkə hökuməti fevralın 29-da qəbul edilmiş İran ilə sərhəddin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərarı növbəti iki həftə müddətinə uzadıb. Bu barədə martın 12-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.–06D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz