Kreml dezinformasiyası - əsatir deyil
Riqa/14.11.19/Turan: Şərq Tərəfdaşlığı regionu Latviya üçün həm siyasi cəhətdən, həm də təhlükəsizlik nöqteyi-nəzərdən əhəmiyyətlidir. Bu barədə Riqada Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrinin mətbuat konfransının açılışında Latviya XİN-in nümayəndəsi Andris Pelşs bildirib.
O qeyd edib ki, Aİ dövlətlərin müxtəlif yanaşmalarına baxmayaraq, “Şərq Tərəfdaşlığı” ölkələrini dəstəkləyir. “Aİ prinsiplərinin tətbiqi hər bir ölkənin fərdi məsələsidir”, deyə o bildirib.
Avropa Komissiyasının Gürcüstan, Moldova ilə əməkdaşlıq və transsərhəd əməkdaşlığı şöbəsinin rəhbəri Metyu Buske bildirib ki, dezinformasiya və yalana qarşı mübarizə üzrə ortaq məqsədlər var. “Konfrans KİV-lərin maliyyə müstəqilliyinin möhkəmləndirilməsi ideyalarını formalaşdırmağa kömək edəcək”, deyə o əlavə edib.
Avropa Xarici Əlaqələr Xidmətinin “Şərq Tərəfdaşlığı” və ATƏT departamentinin sədr müavini Radoslav Daroki “Şərq Tərəfdaşlığı” ölkələrinin KİV-lərini Kremlin dezinformasiyasına qarşı mübarizəyə çağırıb.
“Kreml dezinformasiyası - əsatir deyil. Bu, dövlət tərəfindən maliyyələşdirilən, ən yeni texnologiya ilə təchiz edilmiş real qüvvədir. O, Aİ və digər qonşulara qarşı yönəlib. Kiçik resurslarla bu dezinformasiyaya qarşı mübarizə aparmaq mümkün deyil”, deyə Doroki bildirib. -71В-
-
- Maliyyə
- 14 Noyabr 2019 16:09
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz