KXCP sədri Elman Həsənlinin hərəkətini qətiyyətlə pislədiyini bildirir
“Həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddia qaldıran və cəzalanmasına səbəb olan partiyanın keçmiş üzvü Elman Həsənlinin hərəkətini birmənalı və qətiyyətlə pisləyirəm”. Bu sözləri Turan-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirb.
M.Mirəlioğlu E.Həsənlinin hərkətini mənəviyyatca zəif adamın atdığı addım adlandırıb. “Xanıma və xüsusilə həbsdə olan xanıma qarşı belə addım atılması insana başucalığı gətirməz”, - deyə M.Mirəloğlu hadisəyə münasibətini ifadə edib.
Xatırladaq ki, tanınmış araşıdrmaçı jrunalist Xədicə İsmayıla qarşı ilk ittiham da 2014-cü ilin yayında E.Həsənli tərəfindən qaldırılmışdı. Bununla bağlı Xədicə İsmayıl ölkə prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilmişdi. Amma o zaman X.İsmayılı bu ittihama görə həbs etmədilər. Sonradan Tural Mustafayev adlı şəxs X.İsmayılın onu özünü öldürmək həddinə çatdırması haqda şikayət etdi. 2014-cü ilin dekabrında bu ittihamla X.İsmayıl həbsə alındı. Bu ilin fevralında E.Həsənli həbsdə olan X.İsmayıla barəsində yalan məlumatlar yayması iddiası qaldırıb. Binəqədi rayon məhkəməsi isə bu iddia əsasında həbsdə olan jurnalisti 2500 manat həcmində cərimə edib. -05B-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 182
-
- Bazarların icmalı,
- 14:22
- 189
Rəy yaz