İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edob
Fevralın 27-də İlham Əliyev Polşanın yeni təyin edilmiş səfiri Marek Tsalkinin etimadnaməsini qəbul edib.
Söhbət zamanı Əliyev müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.
Bütün sahələrdə əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu qeyd edən Əliyev Polşa şirkətlərinin birgə layihələrdə daha fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Səfir Marek Tsalka öz növbəsində bildirib ki, dəfələrlə Azərbaycanda olub və iki ölkə arasında əlaqələrin bundan sonra da genişləndirilməsi üçün əlindən gələni edəcək. -02D-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 292
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz