Ramiz Mehdiyev yenə ictimaiyyət qarşısına çıxmayıb
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 3 aydır ki, ictimaiyyət qarşısına çıxmır. Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbirlərdə də o, yox idi.
Qeyri-rəsmi məlumatlara görə, 76 yaşlı Mehdiyev ağır xəstədir və çətinliklə hərəkət edir. Lakin bunun rəsmi təsdiqi yoxdur. Eyni zamanda, Administrasiya rəhbərinin səlahiyyətləri heç kimə verilməyib. -02D-
-
- İqtisadiyyat
- 27 Fevral 2015 15:49
-
- Siyasət
- 27 Fevral 2015 17:03
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz