Məhkəmə T.Yaqublunu ev dustaqlığına keçirməkdən imtina edib
Bakı/21.04.20/Turan: Bu gün Bakının Nizami rayon məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə vəkil Nemət Kərimli bildirib.
Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, aprelin 20-də Bakı Apellyasiya Məhkəməsi Yaqublunun həbsindən verilmiş şikayəti təmin etməyib.
* Müsavat Partiyası sədrinin müavini və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.
Həbs Azərbaycan prezidenti İlham Əliyevin müxalifətin ünvanına hədə dolu çıxışından bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir.
Xatırladaq ki, T.Yaqublunun “cinayəti” ondan ibarətdir ki, onun park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin maşında olanlar T.Yaqubluya hücum ediblər, sonra isə T.Yaqublunun özünü günahlandırıblar.
Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyərək hakimiyyəti dərhal onu azad etməyə çağırıblar.
Müxalifətçinin tərəfdarları əmindirlər ki, həbsin əsl səbəbi T.Yaqublunun hakimiyyətin siyasətini kəskin şəkildə tənqid etməsi və Facebook-dakı yazılarıdır. -06B-
-
- Siyasət
- 21 Aprel 2020 14:49
-
- Foto sessiyalar
- 21 Aprel 2020 17:22
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz