Мехман Алиев
Mehman Əliyev saxlanılıb (YENİLƏNİB)
Bakı/24.08.17/Turan: Turan agentliyinin direktoru Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır. -06D-
* * *
2017 Avqust 24 (Cümə axşamı) 18:55:24
Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsindədir
Bakı/24.08.17/Turan: Cümə axşamı günorta saatlarında Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.
Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yayılıb. Bir sıra hökumətyönlü KİV-lər onun həbs edildiyi haqqında məlumat belə yayıblar.
Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib. "Onlar oturub nə isə gözləyirlər", deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.
Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını" bildiriblər.
Qeyd edək ki, dünən Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat ərzində dindiriliblər. -02B-
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz