
Bakı/14.12.21/Turan: Dekabrın 14-də, Bakı vaxtı ilə saat 22:00-da Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş başlayıb.
Bundan əvvəl Mişel Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirib.
Görüşün mövzusu Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları axtarışı, İkinci Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılmasın məsələləridir.
İclasdan əvvəl Əliyev Laçın və Zəngəzur dəhlizlərinin eyniliyi barədə bəyanat verib və buda, Ermənistan tərəfinin kəskin reaksiyasına səbəb olub. Paşinyan bunu regionda sülhün əldə edilməsi səylərinin pozulması adlandırıb. -02B-
Rəy yaz