MSK: Mehman Hüseynov bələdiyyə seçkilərində qalib deyil (yenilənib)
Bakı/24.12.19/Turan: MSK-nın saytındakı rəsmi məlumata görə, bloger Mehman Hüseynov 31 saylı Suraxanı ikinci seçki dairəsində bələdiyyə üzvü seçilməyib. MSK-nın versiyasına görə, daha çox səs toplayan 17 nəfərin arasında onun adı yoxdur.
M.Hüseynov bildirib ki, nəticələr saxtalaşdırılıb, əksər ərazilərdə onun müşahidəçilərini səslərin hesablanmasına buraxmayıblar.-02B-
* * *
2019 Dekabr 24 (Çərşənbə axşamı) 11:37:43
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində qalib gəldiyini bildirib
Bakı/24.12.19/Turan: Bazar ertəsi Qaraçuxur qəsəbəsi bələdiyyə şurasına yerli seçkilərdə namizədliyini irəli sürən bloger Mehman Hüseynov bildirib ki, səslərin sayılmasının yekunlarına əsasən liderlər sırasındadır. Bu barədə o, Facebook səhifəsində yazıb.
M.Hüseynovun sözlərinə görə, 37 seçki məntəqəsindən ən azı 7-də digər namizədlərdən böyük fərqlə birinci yeri tutur.
M.Hüseynovun müşahidəçilərinin məlumatına görə, o, bir çox başqa məntəqələrdə də səs çoxluğu qazanıb, lakin hələlik onların yekunları protokollarda rəsmi əksini tapmayıb.
Bələdiyyə seçkilərində ən çox səs toplayan namizəd qalib hesab olunur.
MSK rəsmi nəticələri 5 gün ərzində yekunlaşdıracaq.
Bununla belə, Bakının Binəqədi qəsəbəsi bələdiyyə şurasına namizəd ictimai fəal Rəbiyə Məmmədova onun dairəsində kütləvi saxtakarlıqların olduğunu və səslərin hesablanması zamanı müşahidəçilərin kənarlaşdırıldığını bildirib.-06D-
-
- Maliyyə
- 24 Dekabr 2019 10:31
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz