
Nikol Pashinyan
Ermənistan və Azərbaycan Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırırlar.
"Dəmir yolu əlaqəsilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə prinsipial razılaşma var. Söhbət Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından söhbət gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində başa çatdırağıq", - Paşinyan deyib.
Yolun uzunluğu 340 kilometr olacaq, bunun 45 kilometri Ermənistan ərazisilə keçəcək. Tikintinin təxmini qiyməti 200 milyon dollardır. -02D-
Rəy yaz