Açiq mənbələrdən foto.
Paşinyan: “Yerevan və Bakı dəmir yolunun açılmasına yaxındır”
Bakı/03.02.22/Turan: Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan dəmir yolunun tikintisinə və bərpasına çox yaxındır ki, bu da regionda kommunikasiyaların açılması deməkdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında bildirib.
"Dünən Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov Yerevana işgüzar səfərə gəliblər. Onlar baş nazirin müavini Mqer Qriqoryanla görüşüblər. Demək istəyirəm ki, biz kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun ilk əməli nəticəsini qeyd etməyə çox yaxınıq. Dünənki görüş Yerasx - Culfa - Ordubad - Mehri-Horadiz dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar olub", - o qeyd edib.
"Bizim ölkəmizin ərazisində dəmir yolu Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək. Hazırda texniki məsələlər, layihənin maliyyələşdirilməsi və işlərin başlanması aspektləri müzakirə olunur", - o qeyd edib.
Öz növbəsində, baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Ermənistan dəmir yolunun operatoru "Rusiya Dəmir Yolları"şirkəti olacaq. -02B-
-
- Maliyyə
- 3 Fevral 2022 11:48
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz