
Açiq mənbələrdən foto.
Bakı/13.12.21/Turan: Dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşü olacaq.
NATO-nun press-relizində deyilir ki, görüş başa çatdıqdan sonra brifinq keçiriləcək.
Həmçinin Əliyev Şimali Atlantika Alyansının iclasında iştirak edəcək.
Xatırladaq ki, dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Şurasının iclası keçiriləcək.
İclas başa çatdıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq.-02D-
Rəy yaz