
koronavirusinfo.az
Bakı/13.12.21/Turan: Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 518 yeni hal aşkar edilib, 871 nəfər sağalıb, 16 nəfər vəfat edib. Bu barədə dekabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə, pandemiya başlayandan Azərbaycanda 604 998 nəfər yoluxub, o cümlədən 577 135 sağalıb, 8 104 nəfər vəfat edib, 19 759 aktiv xəstənin müalicəsi davam edir.
Son sutka ərzində 5 510 test keçirilib.
Ölkədə peyvənd olunanların ümumi sayı 10 894 080 nəfərdir. İlk doza 5 120 575 nəfərə, hər iki doza 4 617 228, buster doza isə 1 156 277 nəfərə vurulub.—06D-
Rəy yaz