Açiq mənbələrdən foto.
Qazaxıstanın XİN başçısı Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edib
Bakı/21.06.21/Turan: Qazaxıstanın baş naziri və xarici işlər naziri Muxtar Tleuberdi iyunun 21-də Azərbaycan prezidenti tərəfindən qəbul edilərkən prezident İlham Əliyevi və Azərbaycan xalqını Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə təbrik edib.
Onun sözlərinə görə, Azərbaycanın qələbəsi (Qarabağ müharibəsində) regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edib.
Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olunub. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirilib.
Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edilib və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olunub. Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulanıb. -06D-
-
- Maliyyə
- 21 İyun 2021 15:50
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz