
Tehran/06.03.20/Turan: İranda bir gündə koronavirusa yoluxanların sayı rekord sayılacaq qədər - 1234 nəfər artaraq 4747 nəfərə çatıb. Bu barədə cümə günü keçirilən mətbuat konfransında İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bildirib.
Onun sözlərinə görə, koronavirus qurbanlarının sayı 124-ə çatıb. Cahanpurun sözlərinə görə, 913 sağalma halı qeydə alınıb.
Amma qeyri-rəsmi məlumatlara görə, İranda qurbanların sayı rəsmi göstəricilərdən xeyli çoxdur. İran xəstəxanalarında çəkilmiş və sosial şəbəkələrdə yerləşdirilmiş videomateriallara əsasən, həlak olanların sayı 3 yüzə yaxındır.
Maraqlıdır ki, xəstələnənlər və həlak olanlar arasında yüksək vəzifəli dövlət məmurlarının və ölkənin parlament üzvlərinin sayı da az deyil. -02D-
Rəy yaz