
Açiq mənbələrdən foto.
Bakı/01.11.23/Turan: Oktyabrın 31-də Moskvada Rusiya baş nazirinin müavini Aleksandr Novak və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın genişləndirilməsi və bərpa olunan enerji mənbələrinin inkişafı məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Federasiyası hökumətinin saytındakı məlumatda deyilir.
Ölkələr arasında əmtəə dövriyyəsinin artımı qeyd olunub. 2022-ci ilin yekunlarına görə, qarşılıqlı ticarətin həcmi 25 faiz artıb. 2023- cü ilin yanvar-avqust aylarında əmtəə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artıb.
"Rusiyanın ən böyük neft-qaz konsernləri Azərbaycanla çalışırlar, onlar qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazırdır. Əsasən, Rusiya karbohidrogenlərinin Azərbaycan güclərində tranziti və emalı ilə bağlı bir sıra yeni təşəbbüslər var. Vəzifəmiz səylərimizi birləşdirməkdir", - Aleksandr Novak deyib.
Danışıqlar zamanı Rusiya neft-qaz şirkətlərinin Azərbaycan ərazisində yeni hasilat layihələrində iştirakı, onların Azərbaycanda yanacaq satışı üzrə biznesinin genişləndirilməsi, o cümlədən Rusiya neftinin Tixoretsk-Bakı neft kəmərilə revers nəqlinin artırılması məsələləri müzalkirə edilib.
Həmçinin idxalın əvəzlənməsi siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın perspektivləri müzakirə olunub. 02D
Rəy yaz