
Açiq mənbələrdən foto.
Bakı/24.07.23/Turan: Bu gün Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz” zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.
Partlayış M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.
Nazirlikdən bildiriblər ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə əlindən xəsarət alıb.
Faktla bağlı Şirvan Hərbi Prokurorluğunda araşdırma aparılır.
Şirvandakı hərbi zavodlarda insan ölümü ilə nəticələnən analoji insidentlər əvvəllər də baş verib. 21B
Rəy yaz