
Açiq mənbələrdən foto.
Bakı/22.09.23/Turan: 1992-ci ilin mayında Şuşanın ermənilər tərəfindən işğalına qoyulmuş abidə bu gün ləğv edilib. Bu, Xankəndi tərəfdən şəhərə girişdə dayanan T-72 tankıdır.
Ermənilər hamının görməsi üçün onu hündür postament üzərinə qoymuşdular. Bu, zirehli texnika kolonu başda olmaqla Şuşaya girən ilk tank sayılırdı.
Sentyabrın 19-20-də antiterror əməliyyatından sonra Azərbaycan Silahlı Qüvvələri Xankəndinin kənarına qədər irəliləyib ki, bu da tanka yaxınlaşmağa imkan verib. Ermənilərin 30 illik qüruru artıq metal qırıntılarına qarışacaq. 0
Rəy yaz