
Баку/24.12.19/Turan: Səslərin hesablanmasının nəticələrinə görə, ictimai fəal Vəfa Nağı Neftçala rayonunun Xol Qaraqaşlı kənd bələdiyyə şurasına keçir.
İlkin məlumatlara görə, o 113 səs toplayaraq dördüncü nəticəni göstərib.
Səslərin sayılması fəalın Facebook səhifəsində onlayn yayımlanıb.
Seçki qutularının hamısından 486 bülleten götürülüb. Eyni zamanda 29 bülleten etibarsız sayılıb.
9 mandat uğrunda 30 namizəd mübarizə aparıb.
V.Nağı jurnalist və ictimai fəaldır. Son vaxtlar qadın hüquqları müdafiəsi uğrunda hərəkatda fəal iştirak edir.
Bələdiyyə seçkilərinin rəsmi nəticələri 5 gün ərzində MSK tərəfindən elan ediləcək.
MSK-nın məlumatına görə, seçkilərdə fəallıq 32,72 faiz olub.–06В-
Rəy yaz