Foto: VN Media və Kommunikasiya Mərkəzi
Vergilər naziri ABŞ səfirini qəbul edib
Bakı/19.01.18/Turan: Yanvarın 16-da vergilər naziri Mikayıl Cabbarov Amerikanın Azərbaycandakı səfiri Robert Sekutanı gəbul edib.
Görüşdə Azərbaycan və ABŞ arasında vergi sahəsində ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Tərəflər əməkdaşlığın daha da möhkəmləndirilməsində və inkişafında maraqlı olduqlarını, işgüzar əlaqələrin bu əməkdaşlığa töhfə verdiyini bildiriblər.
Görüşdə ölkəmizin vergi mühiti, xarici investorlar üçün mövcud olan şərait, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Məlumatı Vergilər Nazirliyi yayıb.--0--
-
- Cəmiyyət
- 19 Yanvar 2018 16:47
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz