Yanvarda AŞPA məruzəçisi Azərbaycanda siyasi məhbuslara dair hesabatının ilk variantını təqdim edəcək
Bakı/27.12.18/Turan: AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torild Sunna Evarsdottir yanvarda öz hesabatının ilkin variantını təqdim edəcək. Sənəddə Mehman Hüseynova qarşı yeni cinayət işi də əksini tapacaq.
Hesabat AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin diqqətinə çatdırılacaq. Bu barədə o, Twitter-dəki mikrobloqunda yazıb.
O qeyd edir ki, azərbaycanlı fəalların "narahatlığını başa düşür", ancaq Azərbaycana səfər etmək üçün icazə almalıdır.
M.Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayonu polis rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Ötən gün ona qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri bildirirlər ki, M.Hüseynov yüksək vəzifəli şəxslər arasında korrupsiya faktlarını ifşa etdiyinə, həmçinin hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.-06D--
-
- Cəmiyyət
- 27 Dekabr 2018 13:37
-
- İqtisadiyyat
- 27 Dekabr 2018 14:07
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz