Açiq mənbələrdən foto.
Zəngilanda aeroportun təməli qoyulub
Bakı/27.04.21/Turan: İşğaldan azad edilmiş Zəngilan rayonuna gedən dövlət başçısı İlham Əliyev bu gün yeni aeroportun təməlqoyma mərasimində iştirak edib.
Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq və o, yük təyyarələri də daxil olmaqla, bütün təyyarələri qəbul edə biləcək. “Zəngilanda aeroportun tikintisi bu regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan yaradır” deyə Əliyev bildirib və əlavə edib ki, Qarabağda azad edilmiş ərazilərdə üç aeroportun tikintisi planlaşdırılır.
"Hazırda Füzulidə aeroportun tikintisi üzrə işlər davam etdirilir və bu il artıq fəaliyyətə başlayacaq", - İlham Əliyev qeyd edib. -02D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz