Eldar Mahmudov
Dövlət təhlükəsizliyinə zərbə vuran Eldar Mahmudov sakitcə oturub çay içir
Səhər saatlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sensasion bəyanat yayıb: Azərbaycanın xüsusi xidmət sistemində fəaliyyət göstərən dərin gizli casus şəbəkəsi aşkar edilib. 2015-ci ildə korrupsiya və şantaja görə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşları casusluq ittihamı ilə həbs olunublar, DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsi bildirir. Bəyanatda ifşa edilmiş casusların konkret adları və vəzifələri açıqlanır, ancaq onların gizli çalışdıqları ölkələrin adları açqlanmır.
http://www.contact.az/ext/news/2018/12/free/politics%20news/ru/77681.htm
Bir neçə il öncə MTN əməkdaşları (polkovniklər, generallar) pul tələb etməyə və şantaja görə ifşa və həbs edildilər, mühakimə olundular. O cinayətkarlar telefon dinləmələrindən və MTN-in güc imkanlarından istifadə edərək biznesmenləri şantaj ediblər. Bunlar isə düşmənlərə casusluq ediblər..
Demək olar ki, MTN-in dağılması polis Eldar Mahmudovun bu məxfi təşkilata rəhbər təyin edilməsiylə başlamışdı. O, MTN-i qəsbkarların iyrənc kontoru səviyyəsinə gətirmişdi. Həbs edildilər və mühakimə olundular. Bu il isə onun əlaltıları vaxtından əvvəl azadlığa çıxmağa başladılar. Ancaq E.Mahmudov özü Peyğəmbər və Allahın oğluymuş kimi həbs olunmur.
İndi də DTX rəhbəri Mədət Quliyev tərəfindən kənarlaşdırılmış komandaya (Mahmudovun koman dası) aid yeni cinayətkar dəstənin üstü açıldı. Sual yaranır: casuslar sizin süzgəcdən necə keçiblər?
Bəs, Mahmudov niyə həbs edilmir? Niyə belə əzizdir, ölkə qarşısında nə kimi qeyri-adi xidmətləri var ki, ev şəraitində rahat oturur?
Dünən Azərbaycandakı koloniyaların birində bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb. Onun həbsdən çıxmasına 2 ay qalırdı. Hər şey ortada. Bundan öncə üç siyasi fəal (keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP fəalı Məmməd İbrahim və dindar Telman Şirəliyev) yenidən mühakimə olundu. Onların da həbs müddəti başa çatmaqdaydı. Bəzilərini ikinci müddətə həbs edirlər, kəşfiyyatı və dövlət təhlükəsizliyini çökdürən Mahmudov isə bahalı villada çay içir, plazma TV-nin qarşısında əylənir. Budurmu, Azərbaycan ədaləti?.
-
- Foto sessiyalar
- 27 Dekabr 2018 12:39
-
- Cəmiyyət
- 27 Dekabr 2018 13:37
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz