Açıq mənbələrdən foto
Koronavirus pandemiyası dövründə xaricdə qalan ölkə vətəndaşları çarter reyslərlə vətənə qaytarılır. Bu yaxınlarda belə bir reyslərdən biri ilə Türkiyədən Azərbaycana gətirilən yüzlərlə vətəndaşdan biri tanışım idi. Onun sözlərinə görə, uçuşdan bir gün əvvəl səfirlikdə qeydiyyatdan keçmiş şəxslərə uçuş barədə məlumat verilib. Ankaraya yaxın şəhərlərdə olan vətəndaşlar Ankaradakı səfirliyin qarşısında toplaşmalı idilər.
Səfər boyunca onunla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanırdım. Hər şey çox gözəl başladı, müxtəlif şəhərlərdən gələn vətəndaşlar Ankara səfirliyi qarşısında qarşılanıblar, iki avtobusla, iki nəfərlik qoltuqlarda tək-tək oturaraq İstanbula aparılıblar. Təşkilatçılığın çox yüksək səviyyədə olduğunu eşitdikdə çox sevinirdim.
İstanbul hava limanına çatdıqda qeydiyyat, bilet alma, baqaj təhvili prosedurlarından sonra hamı təyyarəyə minib. Burada fiasko başlayıb. Təyyarəyə minən 300 nəfərə yaxın (rəqəm sadəcə tanış sərnişinin təxminidir) sərnişin qoltuqlarda boşluq olmadan əyləşdirilib. Aradakı boşluqlara isə çamadanlar doldurulub.
Bu arada, qeyd edim ki, İstanbul-Bakı uçuşu üçün biletin qiyməti 375 manat təşkil edirdi.
Təyyarə Bakıya endiyi andan isə koronavirusla əlaqədar görülən tədbirlər tamamilə unudulub. Bütün sərnişinlər eyni anda təyyarədən enməyə başlayıb, pasport qeydiyyatından keçərkən sosial məsafə qaydalarına riayət olunmayıb. Qeydiyyatdan keçdikdən sonra sərnişinlərin pasportlarını əllərindən alıb, COVİD-19 testi üçün analiz götürüblər.
Baqajlarını almağa gedən sərnişinlər burada da "sürprizlə" qarşılaşıblar. Yüzə yaxın baqaj gəlməyibmiş, siyahı tutub, bir neçə gün ərzində baqajların gətirilib təhvil veriləcəyini söyləyiblər.
Daha sonra sərnişinlər avtobuslara "doldurulublar", yenə də sosial məsafə qaydalarına riayət olunmadan. Dəqiq səbəb açıqlanmadan, sərnişinlər iki saat yarım avtobuslarda gözlədikdən sonra Atletlər Kəndinə aparılıblar.
Avtobuslardan da hamı eyni anda enib, liftlərlə vətəndaşları 5-5, 6-6 qalacaqları mərtəbələrə çıxarıblar. Bəzilərini tək-tək, bəzilərini isə iki nəfər olmaqla otaqlara yerləşdiriblər.
Tanışımın sözlərinə görə, binada az sayda təmizlik işçisi işləyir, onlar əllərindən gələni etsə də, işləri çatdırmırlar. Bir həftə - on gün karantində saxlanıldıqdan sonra bu vətəndaşlar yenidən alınacaq COVİD-19 testlərinin nəticəsi neqativ çıxarsa, evlərinə buraxılacaqlar. Amma, təəssüf ki, vətənə sağlam qayıdan vətəndaşların belə bu şəraitdə koronavirusa yoluxma ehtimalı yüksəkdir.
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 189
-
- Bazarların icmalı,
- 14:22
- 196
Rəy yaz