Buzovnada bir küçədə qazın təzyiqi bərpa edilib
Bakı/14.05.18/Turan: Mayın 14-də Buzovna qəsəbəsində bir küçədə qazın təzyiqi normativə uyğun olaraq bərpa edilib. Turan agentliyinin direktoru Mehman Əliyev həmin küçədə yaşayır.
Qazın təzyiqinin artırılması saat 16:00-da baş verib. Saat 18:00-a yaxın SOCAR nümayəndələri qazın normaya uyğun verildiyini qeydə almaq üçün qəsəbəyə gəliblər. "Biz qonşulardan soruşduq, onlar qazın normada verildiyini dedilər",- SOCAR-ın nümayəndəsi M.Əliyevə telefonla bildirib.
"Saat 16:00-da qazın verilməsini bərpa etdiniz. İndi də hər şeyin qaydasında olduğunu sənədləşdirmək istəyirsiniz?",- M.Əliyev sual edib. Ancaq qəsəbənin o biri tərəfində yaşayan sakinlər qazın əvvəlki kimi aşağı təzyiqlə gəldiyini bildirirlər.
Beləliklə, SOCAR təkcə M.Əliyevin şikayətini təmin etməklə bu problemin açıq müzakirəsini dayandırmaq qərarına gəlib.
"İstisnasız olaraq bütün istehlakçılar üçün qazın təzyiqi normaya uyğun olmalıdır. Biz bütün qanuni vasitələrlə buna nail olacağıq",- M.Əliyev vurğulayıb.
Mayın 7-də Turan İnformasiya Agentliyinin direktoru M.Əliyev qaz təchizatındakı problemlə bağlı SOCAR prezidenti Rövnəq Abdullayevə məlumat verib. Mayın 11-də informasiya sorğusu göndərilib və sorğu dərc edilib:
http://www.turan.az/ext/news/2018/5/free/Want%20to%20Say/az/72001.htm
Bundan sonra Bakının digər rayonlarından da Turan-a zənglər edərək qaz təchizatında problemlərin olduğunu bildiriblər. Məlum olur ki, son 20 gündə bir çox yerlərdə qazın təzyiqi azalıb.
SOCAR əməkdaşları təzyiqin azalmasını qış mövsümündən yay mövsümünə keçid ilə izah edirlər.
"Qaz təchizatı haqqında" qanunda qış və yay mövsümü anlayışları yoxdur. Mövsüm deyəndə qazın təzyiqini yox, həcmini başa düşmək lazımdır ki, bu da qış vaxtı artır, yayda isə məlum səbəblərdən azalır", - M.Əliyev qeyd edib
O deyib ki, evlərə qaz ən azı 0,05 kqs/sm2 və ya 20 ml/bar (atmosfer) təzyiqindən az olmayaraq verilməlididr. Ancaq 7 ml/bar qeydə alınıb.
"İstənilən halda SOCAR-dan informasiya sorğusuna cavab gözləyirik ki, bu da maksimum 7 iş günü ərzində verilməlidir", - Turan agentliyini durektoru vurğulayıb.-0-
Cəmiyyət
-
Azerbaycan, Əqrəb bürcünün təsiri altında həmişə dərin transformasiya, dözümlülük və strateji manevr etmə torpağı olub. Əqrəb su bürcü olduğu üçün, ölkənin zəngin təbii sərvətləri, xüsusilə neft və qaz ehtiyatları ilə olduğu kimi, həmçinin Şərq və Qərbin kəsişməsində yerləşməsi, mədəniyyətlərin və sivilizasiyaların qovuşub inkişaf etdiyi bir yer olması arasında bir əlaqə mövcuddur. 2025-ci il, ölkə üçün davamlı transformasiya ili və həm daxili, həm də qlobal səviyyədə güclü dəyişikliklər vəd edir.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti 1 yanvar tarixinə olan hava proqnozunu açıqlayıb və ölkə üzrə əsasən yağmursuz hava şəraiti gözlənilir. Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq, ara-sıra buludluluğun artması gözlənilsə də, yağış yağmayacaq. Səhər saatlarında cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında isə mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
-
“Müdafiəçi” Hüquq Mərkəzi Azərbaycanın quru sərhədlərinin açılması tələbi ilə ictimai kampaniyaya başlayır. Belə ki, Nazirlər Kabinetinin quru sərhədlərinin qapalı saxlanılması ilə bağlı qərarından Azərbaycan Konstitusiya Məhkəməsinə kütləvi şəkildə fərdi şikayətlərin verilməsi təklif edilir.
-
Prezident İlham Əliyev dekabrın 29-da ondan dörd gün əvvəl Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Televiziyasına (AZ TV) müsahibə verdi. Prezident dedi ki, Azərbaycan tərəfi öz tələblərini açıq şəkildə Rusiya tərəfinə bildirib: "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir?
Rəy yaz