Moskva məhkəməsi �ABB-Moskva"nın 41,6% payına həbs qoyub
Moskva/14.05.18/Turan: Moskvanın Arbitraj Məhkəməsi Sberbank-ın ərizəsi əsasında Azərbaycan Beynəlxalq Bankının Rusiya şöbəsinin 41,6% payına həbs qoyub, xəbəri İnterfaks yayıb.
2017-ci ilin yazında ABB borclar üzrə öhdəliklərin restrukturizasiyasının başladığını elan edib. Bu ilin aprelində Sberbank Azərbaycan bankına qarşı kredit müqaviləsi üzrə 24,3 mln. dollar ölçüsündə borcun alınması iddiası ilə İngiltərə və Uelsin Yüksək Ədalətli Mühakimə Məhkəməsinə müraciət edib.
Rusiya məhkəməsinin materiallarında qeyd edilir ki, Nyu-Yorkda ABŞ-ın Federal Bankrot Məhkəməsi ABB-nin ABŞ ərazisində olan aktivlərinə moratorium qoyub, habelə restrukturizasiya planına daxil edilmiş öhdəliklərlə bağlı icra aktlarının açılmasına və ya işə salınmasına məhkəmə qadağası qoyub. Bu, o deməkdir ki, ABB-yə və ya onun əmlakına qarşı istənilən addımlar nəticəsiz qalacaq. Bundan başqa, bu ilin martında ABB Rusiyanın "ABB-Moskva" bankını ləğv etmək qərarı qəbul edib.
"ABB-Moskva"nın 41,6% payı 1,317 mlrd. rubl olaraq qiymətləndirilib. Məhkəmə qərarı dərhal icra olunmalıdır. -0-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz