Mingəçevir Su Anbarı
Mingəçevir Su Anbarında balıqlar niyə tələf olur?
Bakı/14.05.18/Turan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı yayılan xəbərləri araşdırıb. Nazirliyin sözügedən əraziyə keçirilmiş baxışın nəticələri ilə bağlı açıqlamasında balıqların ölümü təsdiqlənib.
"Baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı müşahidə olunub", nazirlik bildirir.
Su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələrinin götürüldüyü, bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparıldığı, nümunələrdə infeksion xəstəliklərin törədicilərinin, zəhərlənmə hallarının aşkar edilmədiyi bildirilir.
Nazirlik qeyd edir ki, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəlməsi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz olduğu müəyyən edilib. Balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmamasının onların ölümünə səbəb ola biləcəyi güman olunur.
Nazirliyin mütəxəssislərinin rəyinə görə, balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi ilə bağlıdır.
Mingəçevir Su Anbarı Azərbaycandakı ən iri anbardır.
Bu anbar iki kanalı - 172 km uzunluğundakı Yuxarı Qarabağ, 123 km uzunluğundakı Yuxarı Şirvan kanalını su ilə təchiz edir. Qeyd edilən kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.
Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.
Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilib. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub.--0--
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz