1007

Ermənistan və Azərbaycanı 1007 km uzunluğunda sərhəd ayırır. Bu sərhəd iki düşmən qonşu dövlətə sərhədi keçmiş qardaş sovet respublikaları arasında inzibati bölgü xətti kimi müəyyən edən SSRİ-dən miras qalıb. Burada heç vaxt qırmızı-bəyaz zolaqlı sərhəd sütunları və Sovet İmperiyasının yalnız xarici sərhədlərini “dəmir pərdə” ilə ayıran tikanlı tellərdən olmayıb. Bu sütunlar İttifaqın dağılmasından sonra da peyda olmayıb, belə ki, Ermənistanın Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı iddiaları səbəbindən yeni müstəqillik əldə etmiş iki dövlət artıq hərbi münaqişəyə daxil olub.

1993-cü ilin payızında Azərbaycanın 7 rayonunun və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalından sonra beş Azərbaycan rayonu ilə həmsərhəd olan qərb hissəsi istisna olmaqla, sərhədin 398,7 km-i Yerevanın nəzarəti altına keçib. Burada vaxtaşırı hərbi münaqişələr, atışmalar olub və diversiyaçılar və yolunu azanlar əsir götürülüb. Ən sonuncu ciddi sərhəd münaqişəsi 2020-ci ilin iyulunda Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonları arasındakı qərb sərhəd zolağında baş verib. Bu hadisə 44 gün davam edən böyük İkinci Qarabağ müharibəsinin carçısı olub.

Noyabrın 10-da Ermənistanın məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Azərbaycan qoşunları sovet inzibati sərhədlərinə qayıdıblar. Gələcəkdə bu sərhədlər dövlətlərarası sərhədlərə çevrilməlidir və demarkasiya ilə bağlı gələcək danışıqlar zamanı dəqiqləşdirilməli olacaq.

Yeri gəlmişkən, ötən il işğal edilmiş ərazilərdə gedən müharibə zamanı iyul ayında təxribat xarakterli döyüşlərin baş verdiyi sərhədin qərb hissəsində heç bir hərbi münaqişə baş verməyib. İndi də baş vermir.

Noyabrın 10-da müharibə başa çatdıqdan sonra Azərbaycanlılar ilk növbədə Ermənistanın birtərəfli qaydada öz yurisdiksiyasına daxil etdiyi sərhəd hissələri, məsələn, Kəlbəcərdəki Söyüdlü (Zodski) qızıl yatağı üzərində nəzarəti bərpa etməyə başlayıblar. Digər hissələrdə də sərhədin bərpası üzrə bu cür aksiyalar həyata keçirilib, amma onlar kütləvilikdən daha çox tək-tük xarakter daşıyırdı.

Azərbaycanlıların bu irəliləyişləri zamanı Ermənistan tərəfi narazılığını bildirsə də, hökumət səviyyəsində buna qarşı mübarizə üçün tədbirlər görülməyib. Vəziyyət mayda, erməni hərbiçilərinin azsaylı avanqardların qarşı istiqamətdə irəliləməsi ilə Azərbaycan tərəfindən sərhədin, müvəqqəti də olsa, birtərəfli demarkasiyası prosesini dayandırmağa çalışması ilə gərginləşməyə başlayıb. 

Nəticədə həqiqətən də partlayış təhlükəli vəziyyət yaranıb, belə ki, silahlı şəxslərin, hələlik silahsız, amma silahlı münaqişəyə çevrilmək iqtidarında olan qarşıdurmaları başlayıb. Bu vəziyyət həmçinin məğlubiyyət səbəbindən istiqamətini itirmiş Ermənistanda əhval-ruhiyyənin dəyişdiyini göstərib. Və burada əhval-ruhiyyənin dəyişməsinin detonatoru kimi iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini göstərmək olar. Parlamentin gələcək tərkibi Ermənistanın Azərbaycana qarşı siyasətini müəyyən edəcək – qisas məqsədilə növbəti qarşıdurma, ya da sülh və regional inteqrasiya. Əhali arasında keçirilən sorğulardan göründüyü qədər, baş nazir Paşinyanın komandası erməni seçicilərin kart-blanşını və müharibəsonrası addımlarına qarşı etimad rəyini qazanacaq. Bu addımlar arasında möhkəm sülh və Ermənistanı uzun illərdir məruz qaldığı blokadadan çıxarmaq əsas yeri tutur. Qarabağ klanının keçmiş rəhbərlərinin və anti-türk siyasi qrupların şəxsində müharibə partiyası isə yeni tarixi dövrə - qonşuları ilə sülh şəraitində birgə mövcud olma dövrünə qədəm qoyan Ermənistanın siyasi landşaftından kənarda qalır.

Ermənistanda müharibə partiyasının seçkiqabağı hərbi bəyanatları ilə həmahəng olaraq sərhəddə baş verən son gərginliyi saxta vətənpərvərlik hisslərini bərpa etmək və seçicilərin etimad rəyini qaytarmaq cəhdi kimi qiymətləndirmək olar. Amma MPG/Gallup təşkilatının ictimai rəy sorğusunun nəticələrindən göründüyü qədər, sərhəddə güc nümayişi cəhdləri erməni cəmiyyətində dəstək qazanmayıb. Fevralda Paşinyan tərəfdarları 33,1% təşkil edirdi, mayda isə 34,4%-ə çatıb. Fevralda R.Koçaryanın 5,6%, Daşnaksutyunun 2,2% tərəfdarı var idi. Mayda birləşmiş Koçaryan-daşnak qrupu səslərin təxminən 19,9%-ni yığır. Gördüyümüz kimi, erməni seçicilər Paşinyanın xəttinə meyl edir, bu isə o deməkdir ki, hərbi münaqişə törətmək şansı heçə bərabərdir. KTMT-nin şəfqətinə olan ümidlərin puça çıxması da bu şansların heçə enməsində əhəmiyyətli rol oynayıb. Rusiyanın idarə etdiyi bu postsovet hərbi bloku təmkinli olmaq çağırışları ilə kifayətlənərək, Yerevandan nümayişkaranə şəkildə üz döndərib.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti